Ən yaxşı giriş cümlələri

KİTAB ADASI

Küçə_Kitab_HərəkatıBəzən tanımadığımız, bilmədiyimiz əsərləri ya ilk cümləsindəncə sevmiş, ya da bəyənməyib bir kənara qoymuşuq.
Bir əsərin sevilməsi üçün onun ilk cümləsi olduqca böyük əhəmiyyət daşıyır.
Əsərin ilk cümləsi qarmağa keçilirmiş yem kimidir, oxucu “ilişdimi”, vəssalam daha əsərdən qopa bilməz.

styilist.co.uk” saytı “ Ən yaxşı 100 giriş cümləsi” siyahısını tərtib edib. Onlardan bəziləri:

View original post 524 more words

Advertisements

Leave a comment

Filed under Uncategorized

Muza

DİLQƏM ƏHMƏD

249800

Sabahıma günəşdən öncə doğan qadın

Dirilməsi gözəldi sabahın-

Dərinin ətirdən öncəki qoxusu kimi…

Qoxusu gözəldi tənhalığın-

Körpənin doğuşdan sonrakı

ilk yuxusu kimi…

***

View original post 187 more words

Leave a comment

Filed under Uncategorized

Şerlok Holms ölüm ayağında

KİTAB ADASI

“- Tezliklə siz öləcəksiniz, Holms. Mən də burada oturub, sizin ölümünüzüimages seyr eləyəcəm…”

Şerlok Holmsun ev sahibəsi missis Hadson əsl cəfakeş idi.

Evinin ikinci mərtəbəsinə istənilən vaxt qəribə və xoşagəlimli olmayan adamların gəlib-getməyi azmış kimi, məşhur kirayəşini də özünün qeyri-adiliyi və başısoyuqluğu ilə onun hövsələsini daraldırdı.

İfrat səliqəsizliyi, günün ən naqolay vaxtında musiqi ilə məşğul olmaq vərdişi, otaqda tapançadan atəş açmağı, sirli və pis qoxulu kimyəvi təcrübələri, ümumiyyətlə, onu əhatə edən cinayətlər və təhlükə Holmsu Londonda ən azuolunmaz kirayəşinə çevirmişdi.

View original post 4,332 more words

Leave a comment

Filed under Uncategorized

Lev Tolstoy “Anna Karenina”

KİTAB ADASI

Lev Tolstoyun “Anna Karenina” əsərindən seçmələr

images“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir”.

“Həyatın bütün çətin və həlledilməz suallara verdiyi ümumi cavabdan başqa cavab yox idi. Cavab belə idi: “günlərin tələbinə görə yaşamaq lazımdır, yəni unutmaq”.

“- Görürsünüzmü, qadın elə bir predmetdir ki, onu nə qədər öyrənirsən öyrən, həmişə yenilənəcəkdir.
– Onda ən yaxşısı heç öyrənməməkdir”.

“- Bu yalnız bir şeyi sübut edir: sizin qəlbiniz yoxdur!
Ancaq baxışları onun qəlbi olduğunu və buna görə ondan qorxduğunu deyirdi”.

“Təhsilin məqsədi elə budur – hər şeydən zövqü-səfa yaratmaq”.

“Qadın üzərində hər şeyin fırlandığı vintdir”.

View original post 192 more words

Leave a comment

Filed under Uncategorized

Qanun qarşısında

Frans Kafka

thumb20130410082615622Qanun qarşısında bir qapıçı dayanır. Bu qapıçıya bir kəndli kişi yaxınlaşır və ondan Qanuna daxil olmaq üçün icazə istəyir. Amma qapıçı deyir ki, o ona giriş üçün icazə verə bilməz. Kişi fikirləşir və qapıçıdan  soruşur ki, o sonra daxil ola bilərmi.

View original post 436 more words

Leave a comment

Filed under Uncategorized

Bir çoxları fikrini bildirdi bu kadra. Subyektiv fikrimi bildirmək istəyirəm.
Dünən Mədəniyyət kanalında kimsə bu kadrı tutub və yayıb. qeyd etmək istərdim ki, serial 2008- ci ilin serialıdır və çox maraqlı çəkilib. Çəkiliş həmin vaxta görə çox zəifdir və aktyorlarda çox da peşəkar deyillər. İndi isə bu kadrı əlində bayraq kimi tutub aktrisaya nalayiq sözlər işlətmək çox yersizdir. Mən qadını müdafiə etmirəm hə razıyam çox iyrənc bir görüntüdür, amma qəbul etmək lazımdır ki, onun rolu məhz bunu tələb edir. Bu aktrisa həmin filmdə çox gözəl öz rolunu yerinə yetirib mənə görə , əgər ona əxlaqsız rol təklif edilibsə o hərhalda qapalı geyimlə rola çəkilməyəkdi . Belə bir filmi türklər ekranlaşdırsaydı əminəm ki həvəslə izləyib təriflər yağdıracaqdırlar.

 

Mətləb Muxtarov demiş: bizim millət ingilis bayrağı kimidir. Təsvir

Leave a comment

April 16, 2014 · 3:39 pm

22 il

Bu gün Xocalının işğalından 22 il keçir. Boş səssiz 22 il … mənimlə yaşıddır bu işğal bu qətliam . fikirlər qarışıqdır məsələn o gün TV də xəbərlər proqramında hansısa nazirmiydi kim idi bilmirəm danışır ki, bəs 22 ildir artıq və səbrimizi zorlayırlar ermənilər. Çox maraqlıdır ki bu səbr nə dərəcədə dərindir ki hələ də tükənmək bilmir … Əslində indi müharibə üçün çox gecdir illəri ötürdü Azərbaycan . nəyi gözlədik bilmirəm . Cəhənnəmə ! torpaqları ala bilmədiz heç olmasa ordan əsir düşən insanlara hörmət edin , özlərini yandırmaq dərəcəsinə gətirmiyin hörmət edin müharibə görmüş insanlara evlərindən didərgin düşmüş insanlara şikəst qalmış işliyə bilməyən insanlara ! Təəssüflər olsun ki , neft ölkəsində gəlirlər də günü gündən artmaqdadır ölkə adi vətəndaşlarına belə hörmət qoymur. anam 10 manata dükandan 2-3 dənə ərzaq alanda tüklərim biz biz durur hansı dövrdəyik hardayıq hansı ölkədəyik ? bu gün mənim çox gözəl işim və maaşım olmasına baxmayaraq pullarımın hardan gəlib gediyini anlamıram uşaq ikən 100-500 manat yığardıq bacımla o pulları birləşdirib özümüzə nəsə alırdıq  . indi isə 1 və ya 5 qəpiyi yığmaq mümkündür mü ? Ey Demoktarik Azərbaycan insanı aldadılan başın sağ olsun ! 

Leave a comment

Filed under Uncategorized