Blog Archives

Bir çoxları fikrini bildirdi bu kadra. Subyektiv fikrimi bildirmək istəyirəm.
Dünən Mədəniyyət kanalında kimsə bu kadrı tutub və yayıb. qeyd etmək istərdim ki, serial 2008- ci ilin serialıdır və çox maraqlı çəkilib. Çəkiliş həmin vaxta görə çox zəifdir və aktyorlarda çox da peşəkar deyillər. İndi isə bu kadrı əlində bayraq kimi tutub aktrisaya nalayiq sözlər işlətmək çox yersizdir. Mən qadını müdafiə etmirəm hə razıyam çox iyrənc bir görüntüdür, amma qəbul etmək lazımdır ki, onun rolu məhz bunu tələb edir. Bu aktrisa həmin filmdə çox gözəl öz rolunu yerinə yetirib mənə görə , əgər ona əxlaqsız rol təklif edilibsə o hərhalda qapalı geyimlə rola çəkilməyəkdi . Belə bir filmi türklər ekranlaşdırsaydı əminəm ki həvəslə izləyib təriflər yağdıracaqdırlar.

 

Mətləb Muxtarov demiş: bizim millət ingilis bayrağı kimidir. Təsvir

Leave a comment

April 16, 2014 · 3:39 pm

Bir gün mən intihar etdim . Ən çox bacım ağladl buna . hamı məndən danışdı günlərlə söyüldüm təhqir olundum anam el arasına çxımaz oldu . İllər keçdi mən sadəcə fotolara baxıldıqda yada düşdüm , dəbdən düşdüm. Bir gün mən qəzaya uğradım öldüm Ən çox bacım ağladı buna hamı məndən danışdı tərif yağdırdılar Allah rəhmət eləsin dedilər . İllər keçdi və mən sadəcə fotolara baxıldıqda yada düşdüm , dəbdən düşdüm… Ruhum özünə nə intiharda nə təsadüfi ölümdə yer tapmadı ruhsuz qaldım Tanrıya qovuşamadım..

Leave a comment

January 24, 2014 · 7:05 pm

Seçkilərdən sonra hələ də özünə gələ bilməyən balaca axmaq qızam. Bu ölkənin öz reallıqlarını unutmuşam çünki. Saxtakarlıqlarını göstərməyə çalışdım insanlara amma inanmadılar. Və anladım ki, hələ də kordu bizim millət elə bir çox yaxın dostlarım da hələ də hətta gözü yumuludur. Facebook hesabım 1 ildən çoxdur ki mənə bir çox şeyləri göstərdi. Amma artıq bağlıdır və bu insanlardan uzaq olmanın tək yoludur məncə. 

Leave a comment

October 14, 2013 · 5:13 am

Sözlərin qanar ovuclarımda,
Dodaqlarından axar bədduaların.
Sevişər dəli küləklərlə saçların,
Gözlərin batar çirkli Xəzərdə.
Sezən olmaz qızartılarını
Yaşların qarışar yağmurlara,
Yaşlanarsan bir az daha yağmur altında.
Yenə küləklər şəhəri yenə sahil,
Yenə musiqilər üstünə gələr,
Mənim susduğum hər anın acığına
Üzünə çırpar Xəzər yalnızlığını,
Şeirlər yazarsan tərk edişimə
Hərdən bəyənməzsən
Bəzən iyrənərsən cümlələrdən,kağızları boğarsan sularda,
Xəzər udar dərinlərə mənə yağdırdığın ahlarını.
Və yenə Xəzər qucaqlar yalnızlığını…
Xatirələri yada saldıqca
Gözlərin yenidən dolar.
İtirərsən özünü yoxluğumun dərinliklərində
Havanın qaraldığını duymarsan
Düşüncələr alar aparar səni səndən,
Məni istəyərsən qarşısında diz çökdüyün Xəzərdən
Və əllərimin yoxluğunu duyarsan.
Yalnızlığa sarıldıqca.
Gözlərin heç durmaz,ağlayar
Hər dəfə adımı andıqca…

Nezrin M-li & Einfach Ali Jamal

Leave a comment

September 9, 2013 · 12:07 pm

Doğum günümə 365 gün daha hədiyyə Tanrıdan. 
Yoxdu artıq o süni təbəssümlü qohumlar,
Və yazılmır artıq şablon təbriklər. 
Mən də hiss edirəm qocalığı, 
Pəncərə qarşısında yorğun baxan gözlərlə. 
Bir tüstü də çəkiləcək ciyərlərə, 
Şairlə birgə yazılan sərxoş şeirlər də susmayacaq bu gecə
Danışacaq qələmlər, dağılacaq ətrafa köhnə cırıq rəsmlər…
Və tənhalıq qoxacaq yenə tək nəfərlik otağım

Leave a comment

September 4, 2013 · 10:41 am

Seçilmiş ən yalnış insan idi… ne mavi gözləri,ne sarı saçları , ne de ureyi var idi… ellerime istiliyi deymishdi deyə terlemeye meyilli idi ellerim onu dushunduyumde… her sheyden evvel insan idi . ona yazilar yazirdim men her gun bir iki kelime, ona unvanlanmish idi cumlelerim … men sehve ashiq olmush en duzgun biri idim… indi o sehv bashqalarinda duzgunluyunu tapmish, mense duzgunluyunu choxdan unutmush bir sehv olmaga dogru… Addımlayırdıq bərabər mən arxada qalardım osa gözləmədən davam edərdi. Əsrlər boyu belə davam etdi yolumuz. Məqsədsiz… hər şeydən əvvəl insan idi… Önəmsiz dəyərsiz… Image

Leave a comment

August 29, 2013 · 7:13 am